Azərbaycanın üç güləşçisi ALROSA Kubokunda final görüşünə çıxacaq

Azərbaycanın üç güləşçisi ALROSA Kubokunda final görüşünə çıxacaq
10:37 30 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın üç sərbəst güləşçisi Rusiyanın paytaxtı Moskvada keçirilən ALROSA Kubokunda final görüşünə çıxacaq.
"Report"un məlumatına görə, hər üç idmançının rəqibi Rusiya güləşçiləri olacaq. 57 kq çəki dərəcəsində mübarizə aparan Georgi Edişeraşvili Ramiz Qazmatovla, Şərif Şərifov (97 kq) isə Əlixan Cəbrayılovla üz-üzə gələcək. 
3 qat dünya və Avropa çempionu Hacı Əliyev (65 kq) isə Naçın Kularla qarşılaşacaq.
Final görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 
Qeyd edək ki, Hacımurad Hacıyev (74 kq) və Cəbrayıl Həsənov (86 kq) bürünc medal qazanıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-uc-gulescisi-alrosa-kubokunda-final-gorusune-cixacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR