Rus ekspertdən Qarabağla bağlı ŞOK MÜHARİBƏ XƏBƏRDARLIĞI

Rus ekspertdən Qarabağla bağlı ŞOK MÜHARİBƏ XƏBƏRDARLIĞI
10:53 30 Noyabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

Qarabağ konfliktinin həll edilməməsindən asılı olmayaraq, belə görüşlər, səfərlər, müzakirələr xalqlar arasında təşkil edilə bilər. Əgər situasiyanı insanların həyatında elə də böyük olmayan aspektdə dəyişmək şansı varsa, bu baş verə bilər.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu “168 Jam”a Azərbaycan-Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini şərh edən rusiyalı analitik Aleksandr Xramçixin deyib.

“Bunun regionda sülhün gücləndirilməsinə hansı səviyyədə yardım edəcəyi başqa məsələdir. Düşünmürəm ki, bu, nəyisə dəyişəcək. Mən xalq diplomatiyasının keçmişdə niyə dayandırıldığını bilmirəm. Xalqlar aktiv vətəndaş cəmiyyətləri nümayəndələri vasitəsilə səfər və kontakt təcrübəsinə sahib olurdular, amma görünür, bu, konkret nəticə verməyib. Güzəştlərə getməyə hazır olmamağa aydın sübut tərəflərin danışıqlarla paralel müharibəyə hazırlaşmağa, yeni hərbi texnika əldə etməyə davam etmələridir. Digər tərəfdən danışıqlarda yuxarıda qeyd edilən razılıqlardan başqa inkişaf yoxdur. Alternativ isə hərbi ssenaridir ki, bunu da mən əvvəl-axır olacağını proqnozlaşdırıram”, – deyə o bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/297693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR