2018-ci ilin dünya çempionatı iştirakçıların sayına görə bütün rekordları geridə qoyacaq

20:08 16 Yanvar 2015
224 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı seçim turnirlərində iştirak edən yığmaların sayına görə rekord vuracaq.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, seçim turnirlərində 209 milli futbol assosiasiyasının hamısı qeydiyyatdan keçib.
Daha əvvəl KONKOKAF (Şimali və Mərkəzi Amerika, Karib hövzəsi ölkələrinin Futbol Konfederasiyası) zonasındakı seçim turnirinin ilk iki raundunun rəqibləri müəyyən olunub. Bu zonada birinci raundun püşkatma mərasimi 2018-ci il dünya çempionatının ilk hadisəsi olub. Mərkəzi və Şimali Amerikada yarışlar final turnirindən üç il əvvəl start götürür.
Birinci seçim turniri bu il martın 12-də Asiya zonasında start götürür. Birinci raundun püşkatma mərasimi fevral ayına nəzərdə tutulub. Okeaniya zonasında 2018-ci ilin çempionatına seçim avqustun axırlarında başlayan regional Millətlər Kubokunun yekunlarına dair keçirilir. Bu turnirin qalibi 2017-ci ildə qitələrarası seçim matçlarında və Konfederasiya Kuboku turnirində oynamaq hüququ qazanacaq.
Avropa və Afrika zonalarında seçim mərhələsinin əsas püşkatma mərasimi iyulun 25-də Sankt-Peterburqda keçiriləcək. Cənubi Afrika turnirinin təqvimi də burada təsdiq ediləcək. Cənubi Amerikada və Afrikada seçim matçları artıq bu ilin payızında, Avropada 2016-cı ilin payızında start götürür.
2018-ci il dünya çempionatının matçları iyunun 14-15-də Rusiyanın 11 şəhərində - Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samara, Soçi və Rostov-Don şəhərlərində 12 stadionda keçiriləcək.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR