"Ağ canavar" dünya çempionu oldu

"Ağ canavar" dünya çempionu oldu
13:03 30 Noyabr 2019
143 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) tərəfindən keçirilən dünya çempionatında Eduard Məmmədov növbəti qələbəsini qazanıb.

Publika.az xəbər verir ki, təmsilçimiz veteranlar arasında -63 kq çəkidə üç görüş keçirib. Bütün qarşılaşmalarda qalib gələn idmançı dünya çempionu olub.
Eduard Məmmədov ilk qarşılaşmada danimarkalı Yan Larseni, sonra argentinalı Federiko İqnasionu məğlub edib.

Final döyüşündə təmsilçimiz WAKO üzrə dünya çempionatının yeddiqat qalibi olmuş italiyalı Campaolo Spanuya ilə qarşılaşıb. 3:0 qalib gələn Eduard WAKO-da 5-ci, ümumilikdə isə 25-ci dünya çempionluğunu qazanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/297701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR