Bibiheybətdəki sürüşmə ilə bağlı bu MARŞRUTUN hərəkət sxemi dəyişib

Bibiheybətdəki sürüşmə ilə bağlı bu MARŞRUTUN hərəkət sxemi dəyişib
13:27 30 Noyabr 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bibiheybət yolunda baş vermiş torpaq sürüşməsinin nəticələri aradan qaldırılanadək Yeni Salyan yolunda yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi ilə 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, dəyişikliyə əsasən 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 20-ci sahə adlanan ərazidən şəhər istiqamətinə gedərkən yenidən Yeni Salyan yoluna (Jurnalistlər binası istiqamətində) daxil olacaq. Bakı Ali Neft Məktəbinə yaxın hissədən geriyə dönərək təkrar şəhər mərkəzi istiqamətində hərəkət edəcək:

"Şəhər mərkəzindən Yeni Salyan yolu (Jurnalistlər binası istiqamətində) gələn sərnişinlərimiz də 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə etməlidirlər. Belə ki, həmin sərnişinlər 20-ci sahədə gəldikləri avtobusdan düşərək sonuncu dayanacaqdan 5 nömrəli xətt üzrə şəhər istiqamətində çıxan ilk avtobusa minməlidirlər. Avtobus dəyişən zaman sərnişinlərdən heç bir ödəniş tələb olunmur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/806603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR