Qarabağ atları Moskvada beynəlxalq sərgidə nümayiş olunur

Qarabağ atları Moskvada beynəlxalq sərgidə nümayiş olunur
15:57 30 Noyabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Qarabağ atları Moskvada keçiriləcək XXI Beynəlxalq At Sərgisində nümayiş olunur.
"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, sərgi noyabrın 28-dən dekabrın 1-dək "Sokolniki" Sərgi və Konqres Mərkəzində keçirilir.
Sərgidə ilk dəfə Azərbaycanın fəxri olan nadir cins Qarabağ atları nümayiş olunur. Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər.
Eyni zamanda sərgi iştirakçıları Qarabağ atları barədə ətraflı məlumat alma və onlarla xatirə şəkli çəkdirmək imkanı əldə edirlər.








Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/qarabag-atlari-moskvada-beynelxalq-sergide-numayis-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR