Əri Ebruya 15 milyona ABŞ-da ev aldı

Əri Ebruya 15 milyona ABŞ-da ev aldı
16:12 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

İş adamı Uğur Akkuş həyat yoldaşı Ebru Şallıya sürprizləri davam edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, biznesmen bu dəfə Beverly Hills-də dəyəri 15 milyon dollar olan bir malikanə alıb. Üç ay əvvəl nikah masasına oturan Ebru Hollivud ulduzlarına qonşu olub.

Los-Ancelesin ən məşhur bölgəsindəki evi iş adamı hərracda alıb. Cütlük vaxt tapanda ora gedib, istirahət edəcək. Onlar birdəfəlik ABŞ-a köçməyi düşünmədiyini deyib.

Ev 12 otaq, iki havuz, idman zalı və tenis sahəsindən ibarətdir. Həmin bölgədə Cennifer Lopes, Ancelina Coli və Madonna kimi məşhurların da evi var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/806683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR