NATO-dan Türkiyəyə qarşı gözlənilməz addım

NATO-dan Türkiyəyə qarşı gözlənilməz addım
16:13 30 Noyabr 2019
133 Digər
Ölkə mətbuatı
A- A+

“Türkiyə NATO-ya qarşı bütün öhdəliklərini yerinə yetirdi, amma alyans Türkiyəni tək qoydu”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Gələn ay baş tutacaq NATO-nun Liderlər Zirvəsi ilə bağlı açıqlamalar verən nazir bildirib ki, YPG/PKK terror təşkilatı ilə mübarizə çərçivəsində təkliflər irəli sürülüb və ABŞ ilə razılaşmalar əldə olunsa da, qarşı tərəf vədinə xilaf çıxıb. Bundan sonra Türkiyə təkbaşına əməliyyat keçirməyə başlayıb. Məhz ona görə də NATO müttəfiqləri Türkiyəni alyansa əks davranmaqda ittiham edə bilməz: “Yeni təhlükələr qarşısındayıq. Bundan sonra NATO gücləndirilməli, ittifaqın real müttəfiqlik ruhunda işləməsi təmin olunmalıdır. NATO dünyadakı bütün terror ünsürlərinin aradan qaldırılmasında kilid əhəmiyyətə sahibdir. NATO üzvləri bütün dünyada terrorla mübarizə aparsa da, bizim regionumuzda bu məsuliyyətdən uzaq durublar”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/297720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR