Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmirini təbrik edib

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmirini təbrik edib
16:15 30 Noyabr 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3156866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR