Azərbaycan Prezidenti BƏƏ-dən olan həmkarını təbrik edib

Azərbaycan Prezidenti BƏƏ-dən olan həmkarını təbrik edib
16:17 30 Noyabr 2019
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/806695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR