Bu klub "Qarabağ"la anlaşa bilmir (FOTO)

Bu klub "Qarabağ"la anlaşa bilmir (FOTO)
20:11 16 Yanvar 2015
144 İdman
Ölkə mətbuatı
A- A+

"Eskişəhərspor"la "Qarabağ" arasında Muarem Muaremlə bağlı danışıqlar davam edir.

ANS PRESS-in məlumatına görə, türk klubunun prezidenti Mesut Hoscan bu gün "Qarabağ"ın düşərgəsinə gəlib.

O, "Ic Santai" otelində "Qarabağ"ın direktoru Əmrah Çəlikəl və baş meneceri Asif Əsgərovla görüşüb.

Klub rəsmiləri makedoniyalı futbolçunun transferini müzakirə edib.

Lakin tərəflər yenə razılığa gələ bilməyib. Tərəflər arasında daha bir görüşün baş tutacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=320127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR