Qız oğlana evlilik təklifi etdi - Aktrisadır

Qız oğlana evlilik təklifi etdi - Aktrisadır
18:05 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Türkiyəli aktrisa Gözde Çığacı sevgilisi Tümer Gülümserə evlilik təklifi edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu haqda sosial şəbəkədə paylaşım edib.

"Sənin mənim üçün yaradıldığını düşünürəm. Ömür boyu gözləmək istəmirəm. Niyə o təklif etməlidir? Bunun heç cavabı da yoxdur. Qadın və ya kişinin evlilik təklif etməsi fərq etmir. Mən bu insanla həyatımı yaşamaq istəyirəm. Bu addımı atmaqdan da qürur duyuram. Yaxşı ki, yanımdasan, gözəl ürəkli dostum. Həmişə yanımda ol. Təklifimə "Hə" dedi!", - o, paylaşımda yazıb.

Qeyd edək ki, G.Çığacı "Kuzey Güney", "Yüzləşmə", "Kördüğüm" və "Bir ailə hekayəsi" kimi seriallarda çəkilib.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/806534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR