"Qəbələ"nin baş məşqçisi: " Zamana ehtiyacımız var"

"Qəbələ"nin baş məşqçisi: " Zamana ehtiyacımız var"
18:17 30 Noyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

"Bizi çətin oyunun gözlədiyini bilirdik. Komandanı da belə qarşılaşmaya hazırlamışdıq".
"Report" xəbər verir ki, bunları "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIII turunda "Zirə"ni 3:0 hesabı ilə yendikləri oyundan sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis qələbəni məzmunlu oyun sayəsində qazandıqlarını bildirib: "Zirə" yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Rəqibin heyətində güclü ifaçılar var. Ona görə ilk dəqiqədən məzmunlu komanda oyunu nümayiş etdirməyə, sonadək konsentrasiyanı qorumağa çalışdıq".
Ümumilikdə futbolçuların oyunundan razı qaldığını söyləyən Baxşıyev çatışmazlıqları da diqqətə çatdırıb: "Çalışırıq ki, hər məşqdə bunun üzərində işləyib aradan qaldıraq. Komandada sabitlik çatmır. Bu da onunla bağlıdır ki, heyət gəncdir, akademiyanın yetirmələrindən qurulub. Amma vaxt keçdikcə bu da aradan qalxacaq. Zamana ehtiyacımız var. Turlar keçdikcə komanda daha məzmunlu oynayır".
Baş məşqçi yenidən "Qəbələ"də çıxış edən İbrahima Niassedən də danışıb: "Niasse yeni gəlsə də, öz evinə qayıdıb. Burada yaxşı dönəmini keçirib. Onun bizə qoşulmasını mən rəhbərlikdən xahiş elədim. Bu gün yaxşı oynadı. Amma o daha çox kömək edə biləcək futbolçudur. İnanırıq ki, Niasse daha faydalı olacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-bas-mesqcisi-zamana-ehtiyacimiz-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR