Prezidentin Ədirnə çıxışı: Bundan sonra da... – VİDEO

Prezidentin Ədirnə çıxışı: Bundan sonra da... – VİDEO
18:53 30 Noyabr 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Prezidentimiz 4 il bundan əvvəl təməli qoyulan TANAP-ın Avropa sərhədinə çatması münasibətilə təbriklərini çatdırıb. Bu layihənin keçdiyi tarixi yoldan danışan dövlətimizin başçısı TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirib.

Ölkələrimiz arasında icra olunan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlamasının TANAP üçün yol açdığını deyən Prezident İlham Əliyev 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb, onun ölkələri birləşdirdiyini vurğulayıb. Bu layihələrin dünyada enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən dövlətimizin başçısı bldirib ki, bundan sonra da iki qardaş ölkə - Türkiyə və Azərbaycan çiyinə-çiyinə irəliləyəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/297736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR