İraqda etiraz aksiyalarında ölənlərin sayı 20-yə çatıb

İraqda etiraz aksiyalarında ölənlərin sayı 20-yə çatıb
19:12 30 Noyabr 2019
105 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın cənubundakı Zikar əyalətində keçirilən etiraz aksiyalarında ölənlərin sayı 20 nəfərə çatıb, 160 nəfər yaralanıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  polislə etirazçılar arasında qarşıdurma baş verib və polis nümayişçilərə güllə atıb. Nəticədə 20 nəfər ölüb, 160 nəfər yaralanıb. Yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Xatırladaq ki, oktyabrın 1-dən etibarən ölkədə işsizliyə, korrupsiyaya, dövlət xidmətlərinin fəaliyyətinə qarşı etiraz nümayişləri getdikcə hökumətə qarşı çevrilib. İndiyədək etirazlarda 350 nəfərdən çox insan ölüb, 15 mindən çox insan yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/806721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR