Avro-2020: Final mərhələsinin püşkatma mərasimi keçiriləcək

Avro-2020: Final mərhələsinin püşkatma mərasimi keçiriləcək
19:22 30 Noyabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.
"Report" AFFA-ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq mərasimdə çempionatın ev sahibi şəhərlərindən biri olan Bakını nümayəndə heyəti olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev təmsil edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-final-merhelesinin-puskatma-merasimi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR