Los Anceles 2019: Audi e-tron Sportback - FOTO

Los Anceles 2019: Audi e-tron Sportback - FOTO
19:32 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Los Ancelesdə keçirilən avtosalonda Audi şirkəti e-tron Sportback kupeşəkilli elektrik krossoverini təqdim edib. Adi Audi e-tron modelindən yeni kupe-kross təkcə kuzov forması ilə deyil, həmçinin yaxşılaşdırılmış aerodinamikası ilə seçilir. Modelin aerodinamik müqavimət əmsalı 0,28-dən 0,25-ə qədər azaldılıb ki, bu da əlavə 10 kilometrlik yürüyüşü təmin edib.

Audi e-tron Sportback modelinin qabarit uzunluğu 40901 mm, eni - 1935 mm, hündürlüyü isə 1616 mm ( - 13 mm ) təşkil edir. MLB modul platformasında inşa edilmiş kupe-kross standart olaraq klirensi 76 mm diapazonunda dəyişməyə imkan verən pnevmatik asqı ilə təchiz edilir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Audi e-tron Sportback modeli ümumi hasilatı 313 at qüvvəsi və 540 Nm olan iki elektromotor ilə hərəkətə gəlir. Mühərriklər 71 kVs-lı litium-ion batareyasından qidalanırlar. 313 at qüvvəli kupe-kross 100 km/saat həddinə 6,8 saniyəyə sürətlənir. Audi e-tron Sportback modelinin maksimal sürəti 190 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Bəyan edilmiş yürüş ehtiyatı 347 km (WLTP) təşkil edir.

Elektrokarın daha güclü e-tron Sportback 55 quattro modifikasiyası 95 kVs-lıq batareya və 360 at qüvvəli güc qurğusu ilə təchiz edilir ki, qısa müddət ərzində bu gücü 408 at qüvvəsinə qədər artırmaq da mümkündür.  55 indeksli krossover 100 km/saat həddini 5,7 saniyəyə toplayır və 200 km/saatlıq maksimal sürət həddinə malikdir. Dolu batareya ilə kupe-kross 446 km qət edir.

Audi e-tron Sportback modelinin Avropadakı satış qiyməti 71350 avrodan başlayır. Elektrokarın satışlarına gələn ilin yazında başlanaacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR