20 min saxta dolları 4 minə dəyişəndə tutuldu - VİDEO

20 min saxta dolları 4 minə dəyişəndə tutuldu - VİDEO
20:12 16 Yanvar 2015
355 Digər
Ölkə mətbuatı
A- A+

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhər sakini Mehman Qafarov 200 ədəd 100 dollarlıq saxta əskinası Nərimanov rayonu ərazisindəki parkda 4 min ABŞ dollarına satarkən tutulub.

APA TV-nin xəbərinə görə, Mehman Qafarov saxta pulları Çeçenistandan olan bir nəfərdən aldığını deyib: "Çeçendən 20 min saxta dollar götürüb, Nərimanov rayonunda dəyişəcəkdim. 20 minə 20 faizlə. Pulu dəyişdirdiyim yerdə yaxalandıq. Həmin pulun müqabilində o şəxslərə hörmət edəcəkdim".

Onun üzərinə baxış zamanı ondan əlavə olaraq 18 ədəd saxta 100 dollarlıq əskinas da aşkar edilərək götürülüb.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/319466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR