Dolby səs sistemli Nokia TV'nin ilk şəkilləri sızdırıldı

Dolby səs sistemli Nokia TV'nin ilk şəkilləri sızdırıldı
22:17 30 Noyabr 2019
136 Maraqlı
Ölkə mətbuatı
A- A+

Mobil cihazlar ilə iş həyatına davam edin Nokia şirkəti görünənə görə yeni proyektlər ilə müxtəlif bazarlarda və kateqoriyalarda da mövcud olmaq istəyir. İllər-illər əvvəlin ikonik cihazlarını istehsal edən şirkət təkrar mobil telefon bazarına uğurla giriş etmişdi. İndi isə sızdırılan şəkillərə görə Nokia şirkəti Nokia TV adında bir televizor hazırlayır.

Hindistanlı e-ticarət platforması Flipkart yeni Nokia TV televizorlarını satışa çıxarmağa hazırlaşır. 

Flipkart şirkəti bundan qısa vaxt əvvəl Nokia ilə müqavilə imzaladıqlarını elan etmişdi Sızdırılan şəkillərə görə Nokia TV incə çərçivələrə malik olacaq və həmçinin yüksək piksel səviyyəsinə malik olacağı düşünülür. Lakin ən diqqət çəkici tərəfi isə televizorda xüsusi JBL səs sistemi olacaq. Flipkart şirkətinin dediklərinə görə səs sistemində geniş tezlik aralığı istifadə edilərək səs təhrifləri minimum səviyyədə olacaq. Beləliklə izləyiciyə daha təmiz və qulağa xoş gələn səslər ötürüləcək. Nokia TV həmçinin Dolby Audio və DTS TruSurround texnologiyalarını da dəstəkləyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR