Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub (FOTO)
22:22 30 Noyabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin, TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin önəmi qeyd edildi. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da daim möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3156943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR