Giorgi Qaxaria: "TANAP Gürcüstan hökumətinin əsas vəzifələrinə cavab verir”

Giorgi Qaxaria: "TANAP Gürcüstan hökumətinin əsas vəzifələrinə cavab verir”
22:22 30 Noyabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

"TANAP layihəsi enerji daşıyıcılarının nəqli baxımından əhəmiyyətli layihə olmaqla yanaşı, Gürcüstanın tranzit funskiyasının önəmini daha da artırır".
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə TANAP-ın Avropa bağlantısının açılış mərasimində iştirak edən Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.
O deyib ki, Gürcüstan hökumətinin əsas vəzifələri sürətli iqtisadi artım, yeni iş yerləri və milli təhlükəsizliyi təmin etməkdir ki, TANAP layihəsi də bütün bu tələblərə cavab verir: "Gürcüstan üçün yalnız iqtisadi, siyasi, sosial və mədəniyyət planında deyil, energetika sahəsində də körpü rolunu oynamaq xüsusi əhəmiyyət kəsb edir".
G.Qaxaria qeyd edib ki, TANAP layihəsi artıq Avropa sərhədlərinə çatıb və Azərbaycan qazının Gürcüstan vasitəsilə nəqlinə imkan verəcək.
Baş nazir layihənin Gürcüstanın siyasi, təhlükəsizlik və iqtisadi baxımdan güclənməsinə və inkişafına dəstək olacağını da deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/giorgi-qaxaria-tanap-gurcustan-hokumetinin-esas-vezifelerine-cavab

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR