Şəkilinizi kosmosdan çəkə bilən tətbiq - Spelfie

Şəkilinizi kosmosdan çəkə bilən tətbiq - Spelfie
22:42 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Fotoşəkil çəkmək artıq dünyanın ən asan işlərindən biri halına gəldi. Yeni bir mobil tətbiq isə fotoşəkil çəkmək işində başqa bir ölçü qazandırır. Spelfie tətbiqi ilə kosmosdan fotoşəkil çəkə bilərsiniz.

Smartfonlarla bir çox insan fotoşəkil çəkir. Yeni bir tətbiq, fotoşəkil çəkmə işinə yeni bir ölçü qazandırır. Spelfie adlı tətbiq, Airbus şirkətinin peyklərini istifadə edərək kosmosdan fotoşəkilinizin çəkilməsini təmin edir.

Spelfie ilə peyklərdən çəkiləcək fotoşəkilinizdə üzünüzün də düşməsini gözləməyin. Peykin kameraları hələ o qədər güclü deyil.

İndoneziyanın Bali adasındakı plastik çirklənməyə diqqət çəkmək üçün bir araya gələn ekoloqlar, sahildə Spelfie ilə peykdən fotoşəkil çəkildi.

Spelfie ilə çəkilən bu ilk fotoşəkilin əhvalatı, Balidə ətraf çirkliliyinə qarşı mübarizə edən İzabel Uiysenin səylərini də izah edən BBC-nin "Saving Our Beaitiful Bali" sənədli filmində ortaya çıxdı. Sənədli filmdə Spelfie ilə çəkilən ətraf mühitin hərəkətinin fotoşəkili də düşdü.

Şotlandiyanın Spelfie tətbiqinin baş icraçı direktoru Kris Nyuland bu barədə belə deyib: "Spelfie, dünyanı dəyişdirmək üçün ictimai və obrazlarla fərq yaratmaq istəyən insanların hərəkətidir. Bir spelfinin gücü qlobal olaraq diqqətin artmasına köməkçi ola bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR