Apple sürücüsüz avtomobil modeli üçün yeni patent aldı

Apple sürücüsüz avtomobil modeli üçün yeni patent aldı
23:12 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Texnologiya dünyasının ən vacib markalarından biri olan Apple sürücüsüz avtomobil layihəsi üzərində işləməyə davam edir. Layihənin adı isə "Project Titan"-dır.

Milli.Az techland.az-a istinadən bildirir ki, son aylarda Apple, Tesla və Google kimi şirkətlərdə çalışan və sürücüsüz avtomobillər üzərində təcrübəyə malik olan menecerləri komandasına əlavə etdiyi barədə xəbərlər dərc edilmişdir. Reuters-in məlumatına əsasən, hazırda Titan layihəsində 1200 nəfər çalışır.

Bir sözlə, Apple sürücüsüz avtomobillər üzərində işləməyə davam edir. Bu gün Patently Apple tərəfindən paylaşılan bir məlumata görə, Apple sürücüsüz avtomobillər ilə bağlı yeni bir patent alıb. Patent avtomobillərdəki kor nöqtələri aradan qaldırmaq məqsədi daşıyır.

Alınan patent avtomobilin yan güzgülərinin funksionallığını artırmağı planlaşdırır. Bəhs edilən patent həm adi avtomobillərdə, həm də sürücüsüz avtomobillərdə istifadə üçün nəzərdə tutulub. Kameralar sayəsində yan güzgülərdə təsvir elə ötürüləcək ki, sürücü onları görə bilsin.

Əlavə edək ki, Apple ilə bağlı dəqiq proqnozları ilə tanınan analitik Ming-Chi Kuo, sürücüsüz avtomobil Apple Car-ın 2023-2025-ci illərdə təqdim olunacağını paylaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR