Appier 80 milyon dollarlıq investisiya aldı

Appier 80 milyon dollarlıq investisiya aldı
23:22 30 Noyabr 2019
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

Elektron ticarət platformalarının müştəri təcrübəsini gücləndirmək üçün qurulan Appier adlı startap platforması 80 milyon dollar investisiya qazandığını elan edib. Appier süni intellektə əsaslanan platformadır.

Milli.Az techland.az-a istinadən bildirir ki, süni intellekt texnologiyası sayəsində istifadəçilər veb saytın bütün addımlarını izləyə bilərlər. Appier-in D seriyalı investisiya turunda TGVest Capital, HOPU-Arm İnnovation Fund, Temasek's Pavilion Capital, Insignia Venture Partners, JAFCO İnvestment və UMC Capital iştirak ediblər.

Bu günə qədər cəmi 162 milyon dollar investisiya almış Appier-in əvvəlki investorları Alibaba, Sequoia, SoftBank və Line olmuşdur.

2012-ci ildə qurulmuş Tayvan mərkəzli Appier, 1000-dən çox istifadəçiyə sahibdir. Appier 12 fərqli ölkədə xidmət göstərir və 400 nəfərdən ibarət komandaya malikdir. Appier-in CEO-su Chih-Han Yu, qazandıqları sərmayəni daha çox yeni ölkələrdə xidmət etmək üçün istifadə edəcəklərini söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR