Rusiya orbitə yeni peyk göndərib

Rusiya orbitə yeni peyk göndərib
23:42 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"Plesetsk" kosmodromundan Rusiyaya məxsus yeni peyk orbitə göndərilib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Sözügedən kosmik gəmi Rusiyanın kosmosdakı digər peyklərinin fəaliyyətini izləyəcək.

Çoxfunksiyalı kosmik platformanın bazasında yaradılan peyk bortunda quraşdırılmış optik avadanlıq vasitəsilə Yer səthinin də fotoşəkilini çəkməyə qadirdi.

Kosmik gəmi ilə sabit əlaqənin qurulduğu və bort sistemlərinin normal işlədiyi qeyd edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR