Nihat Özdemir: "Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var"

Nihat Özdemir: "Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var"
23:47 30 Noyabr 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

"İtaliya ilə oyundan sonra iki oyunumuzu Azərbaycanın paytaxtı Bakıda keçirəcəyik. Hamımızın dediyimiz kimi, biz iki dövlət bir millətik".
"Report" DHA-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir AVRO-2020-nin əsas mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.
Federasiya rəhbəri Bakını başqa bir şəhər olaraq düşünmədiyini bildirib: "Oranı Türkiyənin bir şəhəri kimi hiss edirəm. Bakıda iki önəmli matçımız olacaq. Əsas hədəfimiz qrupdan çıxmaqdır. Ondan sonra qismətimizdə nə varsa, o da olacaq. Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var. Azərbaycan bizim üçün qardaş ölkədir. Öz meydanımızda oynayacağıq. Tribunaların hamısını türk qardaşlarımız dolduracaq".
Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-nin əsas mərhələsində İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda mübarizə aparacaq. Komanda qrupdakı iki oyununu Bakı Olimpiya Stadionunda keçirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/nihat-ozdemir-bu-qrupu-cox-isteyirdim-cunki-orada-azerbaycan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR