Dünyanın ən qədim

Arxeoloqlar İordaniya ərazisində 1,3 min il tarixi olan dünyanın ən qədim şahmat fiqurunu tapıblar.

Metbuat.az bildirir ki, “Live Science” portalının yaydığı xəbərə görə, nadir tapıntı Viktoriya Universitetinin arxeoloqu Con Olesonun rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın qədim yaşayış məskənində apardığı qazıntılar zamanı aşkar edilib.

Tapılan top fiquru qumdan düzəldilib və yuxarısında iki xarakterik “buynuz” var. Onun tarixinin VII əsrə aid olduğu müəyyən edilib.

Qeyd edək ki, şahmatın 1500 il əvvəl Hindistanda yarandığı, sonra Qərbdə yayıldığı bildirilir. Top fiqurunun tapıldığı ərazi İordaniyanın cənubunda, vaxtilə Hindistanla Yaxın Şərqi birləşdirən məşhur ticarət marşrutunun üzərində yerləşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR