Qazaxıstanda Birinci Prezident Günü qeyd olunur

Qazaxıstanda Birinci Prezident Günü qeyd olunur
09:27 1 Dekabr 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanda Respublikanın Birinci Prezidenti Günü qeyd edilir.
"Report" xəbər verir ki, yeni dövlət bayramı ölkədə 2012-ci ildən qeyd olunur.
Bayram Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin respublika qarşısında xidmətlərini qeyd etmək və tanımaq üçün təsis olunub.
Nazarbayev Qazaxıstana demək olar, 30 il başçılıq edib. O, bu il martın 20-də dövlət başçısının səlahiyyətlərini təhvil verib. Senatın keçmiş spikeri Kasım-Jomart Tokaev ölkənin yeni prezidenti olub.
Nazarbayev Təhlükəsizlik Şurasının başçısı və hakimiyyət partiyasının lideri vəzifələrində qalıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qazaxistanda-birinci-prezident-gunu-qeyd-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR