Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
13:32 1 Dekabr 2019
217 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru  isə  bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 7-9°, gündüz  9-12° isti,

Bakıda gecə 7-9°, gündüz  10-12°  isti olacaq.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa enəcək. 

Nisbi rütubət 80-90 % olacaq.   

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 4-9° isti, gündüz  10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/weather/806820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR