32 yaşlı qadın qonaq getdiyi evdə öldü

32 yaşlı qadın qonaq getdiyi evdə öldü
14:05 1 Dekabr 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunda bədbəxt hadisə baş verib. 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun Albəyli qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin kəndə qonaq gedən Bərdə rayon Dəymədağlı kənd sakini 32 yaşlı İsmayılova Şəfəq Tariyel qızını elektrik cərəyanı vurub. Yaralı qadın xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/806821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR