Rusiyada dəhşətli yol qəzası -

Rusiyada dəhşətli yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusu körpüdən aşaraq Kuenqa çayına düşüb.

Qəza nəticəsində azı 19 nəfər həlak olub, 14 nəfər yaralanıb. Hadisə baş verən zaman avtobusda 43 sərnişin olub.

İlkin məlumata görə, qəzaya avtobusun ön təkərinin partlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR