Bakıda yataqxanada yanğın olub, 7 nəfər tüstüdən zəhərlənib

Bakıda yataqxanada yanğın olub, 7 nəfər tüstüdən zəhərlənib
14:37 1 Dekabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Qulyiev küçəsində yerləşən beşmərtəbəli yataqxanada yanğın olub.

Milli.Az APA-ya istinadən bildirir ki, saat 12:30 radələrində başlayan yanğının qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb. Tüstüdən boğulmaq təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə edilməklə xilas edilib.

Ümumilikdə, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/806826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR