Zərdabda ŞOK OLAY - Məscid axundunun oğlu içkili vəziyyətdə...

Zərdabda ŞOK OLAY - Məscid axundunun oğlu içkili vəziyyətdə...
18:18 1 Dekabr 2019
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdab rayonunda axundun oğlu DYP tərəfindən saxlanılıb.

"Report" xəbər verir ki, hadisə ötən gün rayonun mərkəzi küçəsində qeydə alınıb.

Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi "10-LF-572" dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşın yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yoxlamalar zamanı məlum olub ki, M.Tağıyev nəqliyyat vasitəsini sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə edir. Saxlanılan şəxs barəsində müvafiq qaydalar çərçivəsində tədbir görülüb.

Qeyd edək ki, M.Tağıyev Zərdab rayon Cümə məscidinin axundu Feyzulla Tağıyevin oğludur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/297796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR