İdmançıları daşıyan avtobus aşdı:

Türkiyənin Ordu şəhərindən Yozqat şəhərinə yarışa gedən Ordu Gənclərbirliyi qadın həndbol komandasını daşıyan avtobus Yozqatın Aydıncık qəbəsəsində qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, ikinci liqada mübarizə aparan komandanın avtobusu dərə yatağına aşıb.

Qəza nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb.

Yaralılar Çəkərək və Sorqundakı xəstəxanalara yerləşdiriliblər. Yaralıların şəxsiyyəti hələlik açıqlanayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR