Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs hansı halda ƏDV ödəyicisi ola bilər?

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs hansı halda ƏDV ödəyicisi ola bilər?
19:52 1 Dekabr 2019
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs ƏDV ödəyicisi ola bilərmi?

Milli.Az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan ərazisində sərnişin, yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirənlər aşağıdakı tələblərə cavab verdiyi halda, ƏDV qeydiyyatına alına bilərlər:

• göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edənlər və ödəyənlər;

• digər vergiödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə olunması üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirənlər;

• göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edənlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/806028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR