Siqaret və məşq ölümə yaxınlaşdırır - Baş narkoloq xəbərdarlıq etdi

Siqaret və məşq ölümə yaxınlaşdırır - Baş narkoloq xəbərdarlıq etdi
22:37 1 Dekabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskvanın baş narkoloqu Valeri Lıkov siqaret çəkənlər üçün idmanın zərərlərindən, eyni zamanda elektron siqaretin mənfi tərəflərindən danışıb.

Milli.Az xəbər verir ki, həkimin sözlərinə görə, elektron siqaret adi siqaret qədər təhlükəlidir və pis vərdişdən yaxa qurtarmağa kömək etməyəcək:

"O, stressi aradan qaldırmır. Əksinə, orqanizmi tüstü ilə zəhərləyir. Siqaretin fəsadlarını idmanla kompensasiya etmək mümkün deyil. Siqaret və məşq ürək-damar sisteminə mənfi təsir edir. Xəstəlik riskini yüksəldir. Araşdırma sayəsində məlum olub ki, siqaretdən imtina edən şəxslərdə 3-9 ay sonra tənəffüs sistemi 10% bərpa olunur. 5 ildən sonra isə infarkt riski 2 dəfəyədək azalır". (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/805521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR