65 milyon il əvvəl DÜNYA NECƏ DAĞILIB? - DƏHŞƏTLİ MƏNZƏRƏ

65 milyon il əvvəl DÜNYA NECƏ DAĞILIB? - DƏHŞƏTLİ MƏNZƏRƏ
22:42 1 Dekabr 2019
137 Maraqlı
Ölkə mətbuatı
A- A+

Təxminən 65 milyon il əvvəl, müasir Meksika ərazisində 1 saniyədə 25 kilometr sürətlə böyük ölçüdə meteorit Yer ilə toqquşdu. Meteoritin düşməsi nəticəsində planetdə həyatın təxminən 75% -i məhv olub.

Milli.Az xəbər verir ki, meteoritin düşməsi güclü partlayışa səbəb olub.  Göydən enən zərbələr yer üzünü uçurur, partlayış episentrindən bir neçə min kilometr məsafədə olan meşələri alov bürüyür.

130 metr yüksələn tsunami çox miqdarda çirk, kömür və daş yığaraq partlayış nəticəsində əmələ gələn çuxura atır. 

Partlayışdan sonra atmosferə günəş işığını maneə olan külli miqdarda tüstü və toz qalxır, bu da istər-istəməz güclü qlobal soyumaya səbəb olub. Bundan əlavə yer üzünə turşu yağışı yağıb.

Beləliklə, dinozavrların ölümünə səbəb  toqquşma nəticəsində baş verən partlayışın özü deyil, meteoritin təsirindən yuxarıda təsvir edilmiş hadisələr səbəb olub.

65 milyon il əvvəl baş verənləri anlamaq üçün  elm adamları Meksika körfəzinin dibindəki çöküntü nümunələrini araşdırıblar. 

Tədqiqatçılar partlayış yerlərində kükürd yataqlarının olmamasına xüsusi diqqət çəkiblər. Bu, kükürdün buxarlandığını və atmosferə düşdüyünü, sonra yağıntılar ilə birlikdə yerə düşdüyünü göstərir. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/806545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR