Bakıda yüksək sürətlə hərəkət edən “BMW” otelin giriş qapısına çırpılıb

Bakıda yüksək sürətlə hərəkət edən “BMW” otelin giriş qapısına çırpılıb
02:07 2 Dekabr 2019
118 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakıda daha bir ağır yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.
Belə ki, 99-UX-894 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən “Ford” markalı nəqliyyat vasitəsinə dəyib.
Daha sonra idarəteməni itirən nəqliyyat vasitəsi “Park İNN” otelinin giriş qapısına çırpılıb.
Qəza nəticəsində “BMW”nin sürücüsü ağır xəsarət alıb. Avtomobil və otelə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov









Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-yuksek-suretle-hereket-eden-bmw-otelin-giris-qapisina-cirpil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR