Binəqədidə ayıq sürücü müştərini döyüb, ona bıçaqla hucum edib

Binəqədidə ayıq sürücü müştərini döyüb, ona bıçaqla hucum edib
02:12 2 Dekabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda döyülmə faktı baş verib.
“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Həsənov Mübariz Məhəmməd oğlu içkili olduğu üçün şirkətlərin birindən onu yaşadığı ünvana aparması üçün ayıq sürücü xidmətindən istifadə edib.
Lakin, “Mercedes” markalı avtomobildə hərəkətdə olarkən sürücü ilə avtomobil sahibi arasında mübahisə düşüb. 
Daha sonra mübahisə davaya çevrilib. Sürücü 60 yaşlı kişinin baş nahiyəsinə zərbələr endirib.
Nəticədə ağır xəsarət alan H. Mübariz təcili yardımın köməkliyilə huşsuz vəziyyətdə xəstəxanaya gətirilib.
Yaralının ailə üzvləri bildirib ki, ayıq sürücü H. Mübarizi döyməklə kifayətlənməyib. Belə ki, o avtomobilin şüşələrini sındırıb və ahıl kişiyə bıçaqla hücum edib.
Lakin ətrafdakılar onun qarşısını kəsiblər. Hazırda faktla bağlı araşdırma aparılır. 
Ramin Şahbazov

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bineqedide-ayiq-surucu-musterini-doyub-ona-bicaqla-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR