Əyləncə gecəsində yaranan basırıqda doqquz nəfər ölüb

Əyləncə gecəsində yaranan basırıqda doqquz nəfər ölüb
08:57 2 Dekabr 2019
50 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyanın Sao Paulo şəhərində əyləncə gecəsində yaranan basırıq nəticəsində doqquz nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Reyter" agentliyi polisə istinadən bildirib.

Polisin iki nəfəri həbs etdirməyə çalışması nəticəsində 5 min insanın iştirak etdiyi bir gəcədə basırıq yaranıb. Həmin iki nəfər Paraizopolis rayonunda asayişi pozurmuşlar. Şübhəlilər motosikletlə qaçaraq polislərə atəş açıblar, sonra əyləncə gecəsinin iştirakçıları arasında gizlənməyə çalışıblar.

Polis əməkdaşları cavab olaraq rezin güllələrdən və kimyəvi maddələrdən istifadə ediblər. Hadisə, orada olanlar arasında çaxnaşmaya və basırığa səbəb olub.

Bütün xəsarət alanların xəstəxanaya aparıldığı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/806878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR