Qorbaçov ABŞ və Rusiyaya çağırış etdi:

"ABŞ və Rusiya sonradan isti müharibəyə çevrilib bütün müasir mədəniyyətin yıxımına səbəb olacaq yeni bir Soyuq Müharibənin başlamasına icazə verməməlidir".

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri son SSRİ lideri Mixail Qorbaçov deyib. "CNN"ə müsahibə verən Qorbaçov həmçinin qeyd edib:

"Bunların bütün dünyada müzakirə edilməyə başlanması gözəldir. İnsanlar reaksiya verirlər və ən önəmlisi də budur. Şərhçilər və siyasətçilər, insanlar buna icazə verilməməsi gərəkdiyini anlayırlar. Yeni bir Soyuq Müharibə başlasa, mütləq isti müharibəyə çevriləcək və bu bütün mədəniyyətimizin məhv olmasına yol açacaq. Buna icazə verilməməlidir".

Qorbaçov 1987-ci ildə o dövrün ABŞ prezidenti Ronald Reyqan ilə bağladığı "Orta mənzilli nüvə silahları" kimi bir müqavilənin yenidən imzalana biləcəyinə inandığını deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR