Şəmkirdə 5 nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO

Şəmkirdə 5  nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI -  FOTO
09:22 2 Dekabr 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir - Gədəbəy avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə avtomagisrtalın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mitsubishi Pajero" ilə "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Ölən şəxslərin kimliyi məlum olub. Şəmkir rayon sakinləri - 2018-ci il təvəllüdlü Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-cü il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızıdır. 

"Mitsubishi Pajero"nun sürücüsü Abdıyev Turalın "VAZ-21011" markalı avtomobildə həlak olanlarla qohum olduğu bildirilir. Hadisə ailənin "VAZ-21011"lə toy məclisindən qayıdarkən baş verib. 

"VAZ-21011" markalı avtomobildə ölən 5 nəfərdən başqa bir nəfər - Əliyev Rəşad Rasim oğlu ağır xəsarət alıb. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub.

5 nəfərin ölümü ilə nəticələnən qəzada avtomobillərdən birinin - "Mitsubishi Pajero"nun sürücüsü Abdıyev Tural saxlanılıb. Sürücünün ifadəsi alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/806895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR