Şəmkirdə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı - Sürücü sərxoş imiş

Şəmkirdə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı - Sürücü sərxoş imiş
09:43 2 Dekabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, fakta görə Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində sürücü Abiyev Tural Aydın oğlu saxlanılıb.

Xatırladaq ki, hadisə Şəmkir-Gədəbəy avtomagistralında baş verib.

"Mitsubishi Pajero" markalı avtomobilin "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3157180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR