Bakıda sərxoş sürücü qəza törətdi, yaralandı

Bakıda sərxoş sürücü qəza törətdi, yaralandı
09:57 2 Dekabr 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Suraxanı yaşayış massivində baş verib.

1988-ci il təvəllüdlü Cəfərov Elçin Rizvan oğlu idarə etdiyi "Opel" markalı avtomobillə divara çırpılıb.

Nəticədə sürücü E.Cəfərov xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, xəsarət alan şəxs sərxoş vəziyyətdə xəstəxanaya qəbul olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/806897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR