Yunanıstan NATO-dan Türkiyəni qınamasını "tələb edəcək"

Yunanıstan Baş naziri Kriakos Miçotakis 3-4 dekabrda Londonda keçiriləcək zirvədə NATO-dan Türkiyəni qınamağı tələb edəcək.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Miçotakis lideri olduğu partiyanın konqresində Türkiyənin addığı heç bir addımı cavabsız qoymayacaqlarını deyib:

"Üzvlərdən biri açıq-aşkar beynəlxalq hüququ çeynəyərkən və digər üzv ölkəni qarşısına almışkən NATO kimi bir ittifaq kənarda durub səssiz gözləyə bilməz".

Miçotakis həmçinin qeyd edib ki, Türkiyə Avropa Birliyinə təzyiq etmək üçün miqrant problemini bəhanə olaraq istifadə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR