Şəmkirdə 5 nəfərin öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR

Şəmkirdə 5 nəfərin öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR
11:33 2 Dekabr 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Şəmkir rayonunda 5 nəfərin öldüyü dəhşətli yol qəzasında ağır xəsarət alan Əliyev Rəşad Rasim oğlunun komada olduğu məlum olub.

Şəmkir rayon Mərkəzi Xəstəxanasından Publika.az-a bildirilib ki, kritik vəziyyətdə xəstəxanaya çatdırılan R.Əliyev əməliyyat olunub və onun dalağı götürülüb. Onun vəziyyəti ağır olaraq qalır və reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd edək ki, ötən gecə Şəmkir şəhəri Səməd Vurğun küçəsində "Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində həlak olan 5 nəfər rayonun Morul kəndinin sakinləri olub. Onlar dünən Şəmkir şəhərindəki “Gold Qafqaz” şadlıq evində yaxın qohumlarının toy mərasimində iştirak ediblər. toydan çıxıb kəndə qayıdarkən 2 avtomobil toqquşub və “VAZ 21011”də olan bir ailənin 5 üzvü vəfat edib.

Qeyd edək ki, qəza nəticəsində Şəmkir rayon Morul kənd sakinləri 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu, onun həyat yoldaşı, 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı, bir yaşlı nəvəsi Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı və qardaşı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu dünyasını dəyişib. Sürücünün kürəkəni (vəfat edən körpənin atası) Rəşad Əliyev isə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Muxtar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/297848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR