Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 Yanvar

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 Yanvar
20:19 16 Yanvar 2015
90 Sosial
Ölkə mətbuatı
A- A+

Günün şərhi

Ermənistanda Rusiya əleyhinə etiraz aksiyaları kütləvi hal almağa başlayır. Bir il öncə bu cümləni oxuyan hər kəs müəllifin zarafat etdiyini düşünərdi. İndi isə vəziyyət zarafat həddindən çıxıb və küçələrə çıxan minlərlə erməni Rusiyanı Ermənistanın üzləşdiyi hər problemdə, az qala havaların soyuq keçməsində belə günahlandırırlar. Ermənilər özlərində bu gücü haradan tapıb sualı yəqin ki hamını düşündürür. Doğrudanmı, erməni cəmiyyəti əsrlər boyu varlıqlarını borclu olduqları Rusiyaya qarşı çıxmağa qadirdir? Yox cavabını minlərlə arqumentlə əsaslandırmaq olar. O zaman səbəb nədir? Səbəbdən əvvəl etirazların kimə qarşı yönəldiyinə diqqət yetirmək lazımdır. Niyə ermənilər baş verənlərə görə əsl səbəbkarı, yəni ölkəni Rusiyanın forpostuna çevirən hökuməti deyil, yalnız Moskvanı günahlandırırlar? Bunun iki səbəbi ola bilər. Birincisi, Rusiya əleyhinə aksiyalar hökumətin xeyir-duası ilə təşkil olunur, ikincisi, bu mitinqlər hökumətin iradəsindən kənar üçüncü qüvvənin təhriki ilə keçirilir. Məsələn, Rusiya ilə gərgin münasibətlərdə olan Birləşmiş Ştatların. Ermənistan hökumətini, ABŞ-ı Rusiyanın siyasətinin hansı məqamı narahat edir? Bəlkə bu sualın cavabını Azərbaycan-Türkiyə və Türkiyə-Rusiya ittifaqlarının möhkəmlənməsindən doğacaq nəticələrdə axtarmaq lazımdır?

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR