Gürcüstandan gələn Rusiya vətəndaşı Azərbaycanda saxlanıldı

Gürcüstandan gələn Rusiya vətəndaşı Azərbaycanda saxlanıldı
12:43 2 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Kia Cerato" markalı avtomobil ilə gələn Rusiya Federasiyası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük yoxlaması zamanı vətəndaşın avtomobilinin yük yerində, ehtiyat təkər hissəsində gömrük nəzarətindən gizlədilən, salonundakı əl yükündə isə bəyan olunmayan 1525 ədəd və 799 flakon dərman preparatları, 10 şpris, 1 ədəd dəmir qablaşdırmada tənzimləyici başlığı ilə bir yerdə qaz balonu, 1 ədəd plastik qablaşdırmada olan maye, 4 ədəd alışqan aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3157295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR