Ege Hospitalda xəstə 2 saat çəkən ürək masajı ilə həyata qayıtdı

Ege Hospitalda xəstə 2 saat çəkən ürək masajı ilə həyata qayıtdı
13:01 2 Dekabr 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ege Hospitala ürəkdə öldürücü aritmiya və ürək - tənəffüs dayanması vəziyyətində gətirilmiş 1978-ci il təvəllüdlü Səməd Əhədov adlı xəstə 2 saatdan çox ürək masajı edilərək həyata qaytarılıb.

Ege Hospitalın uzman kardioloqu Aysel İslamlı tərəfindən angioqrafiya laboratoriyasına alınan xəstənin ürəyini qidalandıran tac damarlarının tıxalı vəziyyətdə olması aşkar edilmişdir. Ürək damarından tromb aspirasiya edilərək təmizlənmiş, balon və stent yerləşdirilərək damar axınının bərpası əməliyyatı həyata keçirilmişdir. Əməliyyatdan öncə və sonra aritmiya “fırtınası” yaşayan xəstəyə 25-30 dəfə elektroşok uyğulanmışdır. Və xəstə həyata döndürülmüşdür.

Uzman kardioloq Aysel İslamlı bildirib ki, tez-tez bu vəziyyətdə olan xəstələrlə rastlaşırıq. Amma bu qədər uzun çəkən ürək masajı sonrasında xəstənin gündəlik həyatını tam sağlam şəkildə davam etdirməsi çox sevindirici və nadir bir vəziyyətdir.

5 gündən sonra evə buraxılan Səməd bəyin övladları bildirib ki, öncə Allahın sonra isə həkimlərin sayəsində atam bugün bizimlədir. Allah heç bir övladı valideynsiz etməsin. Bizi atasız qoymadığı üçün Aysel həkimə və Ege Hospital kollektivinə öz dərin minnətdarlığımızı bildiririk.

Qeyd edək ki, Səməd Ehmedov 2 övlad atasıdır. Əslən Samuxludur, Mingəçevirdə doğulub.

Şəkil xəstənin öz razılığı ilə paylaşılmışdır.

Ünvan: Akademik Həsən Əliyev küçəsi 38.

Tel: 11-17 və ya 050 299-11-17

Ege hospital – Sağlamlığınız Sağlamlığımızdır

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3157359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR