İİV-ə yayılma göstəricisi cənub rayonlarında daha yüksəkdir

İİV-ə yayılma göstəricisi cənub rayonlarında daha yüksəkdir
14:52 2 Dekabr 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu ərazilər əsasən cənub rayonlarıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı dəyirmi masada çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, cənub rayonlarında İİV-ə yoluxma göstəricisinin yüksək olmasının səbəbi ölkəyə qanunsuz narkotikin daha çox cənub sərhədindən keçirilməsi ilə bağlıdır. Cənub zonasında əhalinin say az olduğuna görə orada virusa yeni yoluxma faizi də yüksəkdir: "Azərbaycanda İİV-ə yoluxanların 23,6 faizi Bakıda yaşayır. Bakıda əhalinin sayı çox olduğu üçün hər 1000 nəfərə düşən İİV-ə yoluxma halı azdır".

N.Zülfüqarov əlavə edib ki, İİV-ə yoluxma göstəricisi Şirvanda 52.9%, Hacıqabulda 31.2%, Astarada 26,4%, Lənkəranda 20.9%, Sumqayıtda 16.4%, Yevlaxda 14.2%, Mingəçevirdə 13.4%, Xızıda 11.3%, Göyçayda 10.8%-dir. İİV-ə yoluxmuş vətəndaşların 75.7 faizi regionlarda yaşayır.

Şöbə müdirinin sözlərinə görə, virusa yoluxanların 0.7 faizində ərazi mənsubiyyəti müəyyən edilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/806994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR